Aytən Mikayılovadan, Bakı şəhəri Binəqədi rayonu, 10 noyabr 2020-ci il
Hörmətli cənab Prezident, xalqımızın müdrik Lideri!
Düzünü deyim ki, mənim üçün Qarabağın, Şuşanın alınması həmişə əlçatmaz bir arzu kimi olub. Necə ki, adi bir insan heç vaxt Aya uça bilməz. Noyabrın 8-də Şuşanı azad etməklə Siz bütün Azərbaycan xalqını özünüzlə birgə sanki Aya uçurtdunuz. Çox sağ olun ki, xalqımıza bu günü yaşatdınız.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin. Allah Sizi xalqımıza çox görməsin.
Hörmətlə,
Mikayılova Aytən Mikayıl qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu