Şriftin ölçüsü :

Saytın rəngi :

Tahir Nəsirovdan, Bakı şəhəri Binəqədi rayonu, 10 noyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident,
 
Siz bütün addımlarınızda milli maraqları üstün tutmusunuz, xalqın mənafeyini qoruyursunuz, sadə insanların arzu və istəyini gerşəkləşdirmək üçün böyük əzmkarlıqla çalışırsınız.
 
Ölkədə apardığınız siyasi, iqtisadi, kadr islahatları, hərbi sənayenin ən müasir standartlara uyğun yenidən qurulması bu gün qazandığımız nailiyyətlərin əsasını təşkil edir.
 
Sizin qətiyyətiniz, peşəkarlığınız sayəsində doğma torpaqlarımız erməni işğalından azad olunur. Azərbaycan daha möhtəşəm gələcəyə doğru irəliləyir.
 
Dəyərli Prezidentimiz,
 
Biz məhkumlar, Azərbaycan Ordusunun tarixə yazdıqlarını sevinc göz yaşları ilə izləyirik. Qarabağın düşməndən təmizlənməsi uğrunda mübarizənizi dəstəkləyirik və Azərbaycan xalqı ilə birlikdə Sizin ətrafınızda yumruq kimi birləşmişik. Bu yumruq ilə Siz və müzəffər ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa edir, düşmənə sarsıdıcı zərbələr vurursunuz.
 
Vətən torpağının hər qarışı müqəddəsdir. Hazırda mənim qardaşım da könüllü olaraq cəbhədə Vətən borcunu yerinə yetirir. Mən də müqəddəs torpaqlarımızın hər qarışı uğrunda canımdan, qanımdan keçməyə hazıram.
 
Cənab Prezident, mən Vətən müharibəsində iştirak edərək torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək, malik olduğum hərbi bilikləri Vətən yolunda sərf etmək, Dövlətimin, xalqımın, Vətənim uğrunda döyüş zəfərlərini davam etdirmək istəyirəm.
 
Yaşasın Azərbaycan!
 
Rəbbim Sizi və müzəffər, qəhrəman əsgərlərimizi qorusun!
 
Hörmətlə,
 
Nəsirov Tahir Vaqif oğlu, məhkum
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər