Şriftin ölçüsü :

Saytın rəngi :

Nazilə İbadovadan, Bakı şəhəri Binəqədi rayonu, 10 noyabr 2020-ci il

 
Hörmətli Prezidentim, Müzəffər Ali Baş Komandan!
 
Rəşadətli Ordumuzun daha bir uğuru - Şuşamızın azad olunması münasibətilə Sizi, xalqımızı və Ordumuzu təbrik edirəm.
 
Şuşanın qələbə xəbəri hamımızı sevinc göz yaşlarına qərq etdi.
 
Bu gün hər bir azərbaycanlı üçün bayramdır. Sevincim yerə-göyə sığmır.
 
Bütün torpaqlarımızın azad olunması xəbərlərini Sizdən səbirsizliklə gözləyirik.
 
Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə şəfa versin!
 
Uca Tanrı Sizi, xalqımızı, Ordumuzu qorusun!
 
Qarabağ bizim haqqımızdır!
 
Qarabağ Azərbaycandır!
 
Yaşasın Azərbaycan!
 
Hörmətlə,
 
İbadova Nazilə Neymət qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər