Quliyev Hətəm Hidayət oğlu - fizika-riyaziyyat elmləri doktoru , professor
Anadan olduğu yer : Azərbaycan Respublikası, Füzuli rayonu
Təvəllüdü: 06.01.1947
Təhsili: Bakı Dövlət Universiteti, mexanika riyaziyyat fakültəsi
Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri doktoru
Elmi adı: Professor
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Əməkdar elm xadimi (2018).
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 25.00.10 - Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, geodinamika və dağ mexanikası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 235
Xaricdə çıxmış elmi əsərlərin sayı: 130
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 3
Hətəm Quliyev 21 aprel 2021-ci il tarixiində vəfat etmişdir.