Şriftin ölçüsü :

Saytın rəngi :

Fikrət İsayevdən, Bakı şəhəri Binəqədi rayonu, 10 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Sizin rəhbərliyinizlə işğalda olan torpaqlarımızın müzəffər Ordumuz tərəfindən azad edilməsi bütün xalqımızın sevincinə səbəb oldu.
Bu sevincdən ilhamlanaraq Sizə həsr etdiyim “Yaşasın Ali Baş Komandan!” şeirini Sizə təqdim edirəm.
 
Biz igid əsgərlərik,
 
Xalqsevər vətənpərvərik,
 
Bu yurd üçün yetişmişik,
 
İgidlərik, mərd-mətinik,
 
Fədaiyik, mübarizik.
 
Yaşasın Ali Baş Komandanımız,
 
Müzəffər ordumuz, güclü xalqımız,
 
Ucalsın, yüksəlsin, göyə başınız,
 
Adımız, şanımız.
 
Biz namuslu, qeyrətliyik,
 
Əxlaqiyyət dəyəriyik,
 
Millətlərə biz örnəyik,
 
İgidlərik, mərd-mətinik,
 
Fədaiyik, mübarizik.
 
Hörmətlə,
 
İsayev Fikrət, “Azərbaycan bayrağı” ordenli Qarabağ müharibəsi əlili
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər