Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Aslanovdan, Bakı şəhəri Binəqədi rayonu, 12 noyabr 2020-ci il

 
Çox hörmətli cənab Prezident!
 
Sentyabr ayının 27-dən bu günə qədər olan bir dövrdə Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuzu bütün dünya gördü. Qarabağımızın işğaldan azad edilməsi, düşmənin həm döyüş meydanında, həm də siyasi masada diz çökməsi Sizin təmkinli və uzaqgörən siyasətçi olduğunuzu mənfur düşmənlərimizə sübut etdi. Müzəffər Ali Baş Komandan! Artıq bizim soydaşlarımız köçkün deyil. Heç bir şəhidimizin qanı yerdə qalmayıb. Siz və Müzəffər Ordumuz bütün şəhidlərimizin qisasını almışdır. Artıq biz qalib ölkəyik. Artıq biz diktə edən tərəfik. Sizin sayənizdə artıq mən və övladlarım şəkillərdə gördüyümüz Qarabağımızı gəzmək, görmək imkanı əldə etmişik. Allah Sizdən razı olsun. Dünən olduğu kimi, bu gün də xalq olaraq yanınızdayıq. Var olsun, Müzəffər Ordumuz! Var olsun, Müzəffər Ali Baş Komandanımız! Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Aslanov Seymur Şair oğlu,
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər