Şriftin ölçüsü :

Saytın rəngi :

Rauf Hüseynovdan, Bakı şəhəri Binəqədi rayonu, 13 noyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan,
 
Siz bizim qürur mənbəyimiz, yenilməz sərkərdəmiz, marşalımızsınız. Qarabağda qazandığınız şanlı Qələbəyə görə ailəm və şəxsən öz adımdan sonsuz təşəkkürlərimi bildirirəm. Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirdiniz.
 
Siz qətiyyətli və uzaqgörən siyasətiniz nəticəsində təkbaşına həm dünya ölkələri ilə, həm düşmənlə apardığınız mübarizədə şanlı Qələbə qazandınız. Bu Qələbə Sizin və rəşadətli Azərbaycan Ordusunun Qələbəsidir. Buna görə Sizlərə minnətdarıq. Azərbaycanı dünyaya qüdrətli bir dövlət kimi tanıtdınız.
 
İndi hər bir azərbaycanlı artıq xarici ölkələrdə alnı açıq, məğrur bir ölkənin vətəndaşı kimi gəzəcək. Artıq dünya liderləri Sizinlə hesablaşacaqlar. Dünya ölkələri Azərbaycanı güclü və yenilməz bir ölkə kimi yaxından tanıdılar. Buna görə də Sizə minnətdarıq.
 
Siz bütün Azərbaycan xalqının ömürlük Prezidentisiniz, bizim qəlbimizdə Sizin xüsusi yeriniz var. Sizin kimi Prezidentimiz olduğu üçün özümüzü xoşbəxt sayırıq və sona qədər də belə olacaq.
 
Hörmətlə,
 
Hüseynov Rauf Əzim oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi
Keçidlər