Şriftin ölçüsü :

Saytın rəngi :

Mircavadov Ağasəlim Seyid oğlu - Əməkdar idman ustası, Şöhrət ordeni mükafatçısı

    Ağasəlim Seyidəhməd oğlu Mircavadov 1947-ci ildə Bakıda anadan olub. Futbol oynamağa 12 yaşında başlayıb. Neftçi Bakı klubunun heyətində çıxış edib. 1973-cü ildən məşqçilik edir. 1982-ci ildə dövrün ən böyük məşqçilik məktəblərindən sayılan Moskva Ali Məşqçilik Məktəbini bitirib.

   Sovet dönəmində bir neçə dəfə Neftçi Bakı komandasının sükanı arxasında dayanıb. 1988-ci ildə "Azərbaycanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb.

   1991-1996-cı illər aralığında Ağdamın Qarabağ Ağdam klubuna rəhbərlik edib. 1993-1995-ci illər aralığında Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində də çalışıb. Ağasəlim Mircavadov "Şəmkir"lə iki dəfə, Qarabağ Ağdam, Neftçi Bakı, Xəzər-Lənkəran klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib. 2005 və 2008-ci illərdə Neftçi Bakı və Xəzər-Lənkəranklubuna MDB və Baltikyanı ölkələri çempionlarının Birlik Kuboku yarışında qızıl medallar qazandırıb.

      2008-ci ilin may ayında Şöhrət ordeninə layiq görülüb.

      2018-ci ilin dekabr ayında Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Keçidlər