Təşkilat İsmayılovdan, Bakı şəhəri Binəqədi rayonu, 15 noyabr 2020-ci il
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Bu məktubu Sizə yazmağı özümə borc bildim. Siz çox uzaqgörən, ağıllı, təmkinli, çox savadlı siyasətçisiniz. Mən özüm 2-ci qrup əliləm. Sizin sayənizdə mən Binəqədi rayon Məşğulluq Mərkəzindən aktivlər aldım və indi o aktivlərin sayəsində yaxşı yaşayıram.
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, heç kimin görə bilmədiyini Siz çox məharətlə gördünüz. Hətta bir çox dünya dövlətləri çalışdılar ki, Sizə mane olsunlar. Ancaq şükürlər olsun Siz hər bir maneəni dəf etdiniz və Qələbə qazandınız. Sizin uzaqgörən siyasətiniz nəticəsində şanlı Ordumuz Qarabağı yağı düşməndən azad etdi. Xalqımızı sevindirdiniz.
Mənim bircə arzum var. Sizə sağlığınızda dünya üzrə ən uca heykəl qoyulsun. Siz buna layiqsiniz.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsmayılov Təşkilat Aslan oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu