Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmil Quliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 17 noyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident,
 
Müzəffər Ordumuzun möhtəşəm qələbəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni bir əzəmətli səhifəni qızıl hərflərlə yazdı. Qədim Qarabağ torpağı çoxillik işğaldan tam azad edildi, xalqımızın illərdir ki, davam edən torpaq itkisinə, doğma ocaq nisgilinə, qaçqın və köçkün vətəndaşlarımızın yurd həsrətinə son qoyuldu. 30 ildir ki, Qarabağ torpaqlarında pozulmuş tarixi ədalət bərpa olundu. Bu unudulmaz tarixi qəhrəmanlıq günlərini bizə yaşatdığınız üçün Sizə və rəşadətli, qəhrəman ordumuza dərin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm. Eşq olsun Ali Baş Komandanımıza və Müzəffər Ordumuza! Qoy uca tanrı Sizi, xalqımızı və şanlı ordumuzu qorusun, cənab Prezident!
 
Sizin və müzəffər ordumuzun qarşısında baş əyirəm! Qarabağ Azərbaycandır və daima Azərbaycanın olacaq!
 
Hörmətlə,
 
Quliyev Cəmil Elşad oğlu,
 
“Yeni Azərbaycan” partiyasının üzvü, kinorejissor
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər