Günay Nağıyevadan, Bakı şəhəri Binəqədi rayonu, 18 noyabr 2020-ci il
Hər vaxtınız xeyir, hörmətli Prezident
Mən Bakı Slavyan Universitetində oxuyuram. Torpaqlarımızı azad etdiyinizə görə Sizə şəxsən öz təşəkkürümü bildirmək istəyirəm. Həmin o 44 gün ərzində əsgərlərimiz üçün çox narahat idim, amma bilirdim ki, onlar bizə görə öz həyatlarını riskə atırlar.
Hər şeyə görə çox sağ olun! Siz çox böyük və ağır bir vəzifənin öhdəsindən gəldiniz. Həqiqətən, bu çətin günlərdə xalqımız daha sıx birləşdi, hər kəs bir-birinə arxa-dayaq oldu.
Çox sevinirəm ki, ədalət zəfər çaldı, ölkəmiz və xalqımız ona qarşı haqsızlıq edənlərin cavabını verdi.
Çox sağ olun, cənab Prezident.
Sizə möhkəm cansağlığı arzulayıram!
Hörmətlə,
Nağıyeva Günay Namiq qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu