Şriftin ölçüsü :

Saytın rəngi :

Nigar Qarayevadən, Bakı şəhəri Binəqədi rayonu, 18 noyabr 2020-ci il

 
Hörmətli, cənab Prezidentim
 
Cəbhədə qazanılmış uğurlara görə başda Siz və ailə üzvləriniz olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm. Düşmənin həyata keçirdiyi sonuncu təxribata qarşı əmrinizlə başladılan əks-həmlə əməliyyatında Azərbaycan Ordusu artıq öz sözünü dedi. Ərazi bütövlüyümüzü təmin etmək və onu qorumaq üçün güclü Azərbaycan Ordusunun qurulması, peşəkar hərbçilərin yetişdirilməsi, yüksək texnologiyalı silahların alınması, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Mənfur düşmənə cavab olaraq səsləndirdiyiniz “Qarabağ Azərbaycandır!” ifadəsi böyük Qələbənin təməli oldu. Ulu öndər Heydər Əliyevin əmanət etdiyi siyasi əqidə, iradə, güc və liderlər arasında olan qətiyyətli mövqeyiniz xalqımızın əmin əllərdə olduğunun bariz sübutudur. İllərdir işğal altında inildəyən torpaqlarımızın azad olunması, öz yurd-yuvalarının həsrəti ilə yaşayan köçkünlərə sevinc göz yaşları bəxş etdi. Bu, Vətənimiz üçün yeni tarixin başlanğıcıdır. Əldə olunan zəfərlər bir daha sübut etdi ki, xalq Sizinlə güclüdür.
 
Müzəffər Ali Baş Komandan, xalqımız Sizin sayənizdə ölkəmizin qazandığı hər bir uğura sevinir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Qarayeva Nigar Səlim qızı,
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər