Şriftin ölçüsü :

Saytın rəngi :

Cəmil Fərzəliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 19 noyabr 2020-ci il

 
Əziz və hörmətli cənab Prezident,
 
Siz millətimizin alnındakı məğlubiyyət tarixlərini silib qalibiyyət tarixləri yazdınız, bizim məğrur və yenilməz xalq olduğumuzu bütün dünyaya sübut etdiniz. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.
 
Cənab Prezident, Qarabağımız, Xocalımız azad olunanda hamımızın sağalmaz yaramız qaysaq bağladı. Amma yaşadığımız faciələri unutmaq olmaz. Tariximizin o qanlı günlərini gələcək nəsillərə olduğu kimi çatdırmaq, bu gün isə dünyanın yadına salmaq üçün Xocalı şəhərində xatirə memorial kompleksinin tikilməsi daim o günləri əks etdirər.
 
Belarus üçün Xatın, Çexiya üçün Liditse, Polşa üçün Treblinka hadisələri nə qədər ağırdırsa, Azərbaycan üçün də Xocalı dəhşətləri unudulmayan, vəhşiliyi ilə yadda qalan soyqırımıdır.
 
Bu memorial kompleks erməni faşistlərinin yer üzündən sildikləri, viran qoyduqları kəndlərin faciəsinin də özündə əks etdirəcək.
 
Qoy Xocalıda olan, oranı ziyarət edən hər kəs erməni cəlladlarını lənətləsin!
 
Sonsuz hörmətlə,
 
Fərzəliyev Cəmil Həmid oğlu, təqaüdçü
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər