Şriftin ölçüsü :

Saytın rəngi :

Sona Əliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 19 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident, Müzəffər Ordumuzun Ali Baş Komandanı,
 
Bu günlərdə Azərbaycan xalqı inanılmaz sevincli və xoşbəxt günlər yaşayır. Uzun illər xiffətini çəkdiyimiz torpaqlarımız Sizin yüksək diplomatik peşəkarlığınız, qətiyyətli siyasi iradəniz və böyük mücadiləniz sayəsində işğaldan azad olundu. Yüzilliklərdən sonra qalib xalq olmaq duyğusunu yaşadıq. Tarixən güclü, cəsarətli və döyüşkən olduğumuzu yenidən xatırladıq. Bunun üçün Şanlı Ordumuza və Sizə minnətdarlığımız sonsuzdur.
 
Bilgə Xaqanımız və Böyük Sərkərdəmiz! Allah Sizi və ailənizi qorusun! Hər birimiz son nəfəsimizə qədər Sizin əsgərinizik! Şanlı Ordumuza eşq olsun! Qarabağ Azərbaycandır!
 
Dərin ehtiramla,
 
Əliyeva Sona Sakit qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər