Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıl Rəhmanzadədən, Bakı şəhəri Binəqədi rayonu, 21 noyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan İlham Əliyev!
 
Mənim 11 yaşım var. Biz hər gün televizordan müharibə barəsində verilən məlumatları diqqətlə izləyirdik. Hər dəfə Qələbə xəbərlərini Sizdən eşidəndə çox sevinir və qürur hissi keçirirdik. Noyabrın 10-da isə müharibənin bitdiyini və böyük Qələbə xəbərini eşitdiyimiz zaman sevincimiz yerə-göyə sığmadı. Bizə bu Qələbə sevincini yaşatdığınız üçün Sizə sonsuz təşəkürlərimizi bildiririk.
 
Cənab Prezident, mənim bir arzum var, o da böyük sevgimi Sizə bildirmək üçün bərk-bərk qucaqlayıb öpməkdir. Ümid edirəm ki, bu arzum ürəyimdə qalmaz. Məktubumu Sizin tarixə düşən sözlərinizlə bitirirəm.
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Rəhmanzadə İsmayıl Namət oğlu, şagird
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər