Şriftin ölçüsü :

Saytın rəngi :

Mübariz Zeynalovdan, Bakı şəhəri Binəqədi rayonu, 21 noyabr 2020-ci il

 
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
 
Mən şəxsən öz adımdan və ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm ki, bizə bu cür sevinc hissini yaşamağı nəsib etdiniz.
 
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, cənab Prezident, Azərbaycan Ordusunun Qələbəsi münasibətilə Sizi təbrik edirəm və arzu edirəm ki, Allah Sizə möhkəm cansağlığı versin, ailənizi qorusun. Ölkəmizin inkişafı, xalqımızın rifahı üçün həmişə var olasınız. Fəxr edirəm ki, məhz Ulu Öndərin və Sizin rəhbərliyiniz altında mənim övladım ali hərbi təhsil alaraq, Vətənimizə qürurla xidmət edir.
 
Hər zaman hər birimiz Sizin əmrinizdəyik.
 
Var olun, cənab Ali Baş Komandan!
 
Hörmətlə,
 
Zeynalov Mübariz Zeynal oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər