Şriftin ölçüsü :

Saytın rəngi :

Zəhraxanım Talıbovadan, Bakı şəhəri Binəqədi rayonu, 22 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident
 
Bizə yaşatdığınız bu qələbədən sonra Sizə təşəkkür etməyi özümə borc bildim. Sizi və müzəffər Ordumuzu qələbə münasibətilə təbrik edirəm. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Siz və onlar adınızı tarixə qızıl hərflərlə yazdınız, bütün Azərbaycan xalqının ən böyük arzusunu həyata keçirdiniz. Mən də çalışıram ki, Vətənimə layiqli övlad olum. Həmçinin digər ən böyük arzum diplomat olmaqdır. Mən ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da yüksəltmək və tanıtmaq istəyirəm. Erməni vəhşiliklərini bütün dünyaya tanıdıb onlara layiqli cəzanın verilməsini istəyirəm.
 
Hörmətlə,
 
Zəhraxanım Talıbova
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər