Şriftin ölçüsü :

Saytın rəngi :

Gülnarə Seyidovadan, Bakı şəhəri Binəqədi rayonu, 23 noyabr 2020-ci il

 
Bizim qalib Prezident
 
Sizə ürək sözlərimi yazdığım şeirlə çatdırmaq istəyirəm.
 
Dünyada çox yerdə münaqişə var.
 
Bizimsə ağrımız Qarabağdaydı.
 
Düşündük düzələr, vasitəçilər var.
 
İllərdi xalqımız intizardaydı.
 
Inandıq. Hər işin öz vaxtı vardı.
 
Bizim Prezident müdrik adamdı!
 
Düşmən ümidlənib havadarlara,
 
Yeni ərazi üçün hücuma keçdi.
 
Xəyali getmişdi keçmiş vaxtlara,
 
Bu dəfə yanıldı, iş işdən keçdi.
 
Döyüşə, söylədi. Artıq zamandı!
 
Bizim Prezident Ali Baş Komandandı!
 
Dağıldı illərlə qurulan bəndlər,
 
Hər gün azad etdik neçə kənd, şəhər.
 
Sındırdı Ordumuz istehkamları,
 
Ələ keçirildi mühüm təpələr!
 
Bayraq dalğalandı yüksəkliklərdə!
 
Bizim Prezident - böyük Sərkərdə!
 
Düşmən gözləmirdi belə bir zərbə
 
Hay-haray salaraq şimala, qərbə
 
Zəng edib yalvardı havadarlara:
 
Mənə kömək edin, güclüdür zərbə.
 
Düşmən zənglər etdi bizsə mətbuat.
 
Bizim Prezident - böyük diplomat!
 
"Mən varam" - söylədi Fransa uzaqdan.
 
Bizə dəstək verdi Türkiyə, Pakistan!
 
Atəşkəs istəyib bomba yağdırdı,
 
Gəncədə, Bərdədə evlər yıxıldı.
 
Ödədi hər sivil haqqın yalançı.
 
Bizim Prezident - böyük qisasçı!
 
Döyüşlər bölündü 2 cəbhəyə.
 
Tarixi faktları qoyduq süfrəyə.
 
Maraqlı, maraqsız ölkələr gəldi,
 
Qərəzli suallar bizə yönəldi.
 
Hər gün qəbul etdi neçə xəbərçi,
 
Bizim Prezident - böyük tarixçi!
 
Açdıq biz mediaya inform savaşı,
 
Yalançı mediadan aldıq qisası,
 
Hər kəsi şok etdi Şuşa yürüşü,
 
Dünya gözləmirdi belə döyüşü.
 
Saziş imzalayıb diz çökdü zalım!
 
Bizim Prezident - siyasi alim!
 
Qarabağ bizim üçün qürur, şərəfdir!
 
Hörmətlə,
 
Gülnarə Seyidova
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər