Şriftin ölçüsü :

Saytın rəngi :

Əhliman İsmayılovdan, Bakı şəhəri Binəqədi rayonu, 23 noyabr 2020-ci il

 
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan
 
Mən Qarabağ və Əfqanıstan müharibələrinin veteranıyam, hazırda isə təyyarəçiyəm, “SW” Aviaşirkətində IL-76 tipli təyyarədə bort-radist vəzifəsində işləyirəm.
Həmişə xarici ölkələrə uçuşlar yerinə yetirirərkən özümü qalib ölkənin nümayəndəsi kimi təqdim edə bilməməyim məni kədərləndirirdi. Çünki erməni işğalçılar artıq 30 ildən çoxdur ki, torpaqlarımızı isğal etmişdilər.
 
Bu gün isə artıq dünyanın hər bir yerində başıuca gəzirik. Azərbaycan xalqı tarix yazdı və türkün mərdliyini bütün dünyaya sübut etdi.
 
Azərbaycan xalqı Sizinlə fəxr edirik və həmişə Sizi dəstəkləyirik.
 
Həqiqətən, Siz tarix yazdınız. Sizin kimi Prezidenti olan millət həmişə xoşbəxt olacaq.
 
Siz Milli Qəhrəmansınız, cənab Prezident.
 
Allah Sizə kömək olsun!
 
Allah Sizi bizə çox görməsin. Amin!
 
Hörmətlə,
 
Əhliman İsmayılov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər