Şriftin ölçüsü :

Saytın rəngi :

Fuad Heydərlidən, Bakı şəhəri Binəqədi rayonu, 24 noyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
Sentyabrın 27-dən başlayıb Dağlıq Qarabağ uğrunda gedən haqq savaşımız bizim Qələbəmizlə, tarixi Zəfərimizlə başa çatdı. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu Qələbə düşmənlə yanaşı, bütün dünya dövlətlərinə Azərbaycanın və onun şanlı Ordusunun gücünü, qüdrətini göstərdi. 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi Sizin qətiyyətiniz və igid oğullarımızın qəhrəmanlığı nəticəsində Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı.
 
Bizim birliyimizin təntənəsi olan bu böyük Qələbənin əldə olunmasında Siz yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərib onların hamısını dəf etdiniz, öz prinsipial mövqeyinizdən bir an belə dönmədiniz. Biz müharibə dövründə Xalq-Prezident, Ordu-Xalq birliyinin bir daha şahidi olduq.
 
Möhtərəm cənab Prezident, hər birimiz Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq. Bu tarixi günü, bu qüruru bizə Siz - müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu bəxş etdi. YAP Səbail rayon Gənclər Birliyi və Səbail rayon gəncləri adından əldə edilən böyük Qələbəyə görə Sizə sonsuz minnətdarlığımızı, inam və etimadımızı bildiririk. Tanrı Sizi qorusun!
 
Dərin hörmətlə, Fuad Heydərli
 
YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər