Şriftin ölçüsü :

Saytın rəngi :

Eldəniz Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 24 noyabr 2020-ci il

 
Möhtərəm cənab Prezident
 
2020-ci ilin noyabr ayının əvvəlində Sizə müraciət edərək, həqiqi hərbi xidmətdə yaralanaraq müalicə alan oğlum Əli Məmmədovun təhsil xərci üzrə qalmış borcunun silinməsinə və onun ali təhsil haqqında diplomunun verilməsinə kömək göstərməyinizi xahiş etmişdim.
 
Müraciətimin Sizə göndərilməsindən qısa müddət sonra məni bir valideyn kimi ali təhsil müəssisəsinə dəvət etdilər, oğlumun təhsil xərci borcunun silinməsi və diplomunun verilməsi təmin olundu.
 
Möhtərəm cənab Prezident, bizim kimi ailələrə xüsusi diqqət və qayğı göstərilməsi Sizin apardığınız siyasətin, gördüyünüz işlərin nəticəsidir. Sizin Azərbaycan əsgərinə, sadə ailələrə göstərdiyiniz diqqət və qayğı, hər bir vətəndaşın Prezidenti olmaq amalınız təqdirəlayiqdir.
 
Ailəmiz adından Sizə dərin təşəkkürümü bildirirəm.
 
Sizə dərin hörmət hissi ilə,
 
Eldəniz Məmmədov
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər