Şriftin ölçüsü :

Saytın rəngi :

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası:
• seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir;
• aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir;
• aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir;
• seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir;
• Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir;
•Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir;
• seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir;
• seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Mərkəzi Seçki Komissiyasının öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar və normativ xarakterli aktlar dövlət orqanları, bələdiyyə qurumları, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir.
Mərkəzi Seçki Komissiyasının sədri: Məzahir Pənahov

Ünvan: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 1E
      Telefon: (994 12) 563 40 08
       Faks: (994 12) 562 70 09
       E-mail: office@cec.gov.az
       www.msk.gov.az

Keçidlər