Səmayə Quliyevadan, Bakı şəhəri Binəqədi rayonu, 26 noyabr 2020-ci il
Əziz və hörmətli Prezidentimiz İlham Əliyev
Mənim 73 yaşım var. Bu 27 il ərzində xatirələrimi o torpaqlarda qoyub gəldiyim Ağdamımın həsrəti ilə yaşamışam. Bu həsrətə son qoyduğunuza görə, dilbər guşəmiz olan Qarabağımızı qaytardığınıza görə Sizə bir ana, bir müəllimə kimi dərin minnətdarlığımı bildirirəm və bu tarixi Qələbə münasibətilə Sizi, eləcə də xalqımızı təbrik edirəm.
Möhtərəm Prezident, mən və ailəm Sizin daxili və xarici siyasətinizi hər zaman dəstəkləmişik. Biz Sizinlə fəxr edir, iftixar hissi duyuruq. Uca Allah Sizə və ailənizə möhkəm cansağlığı və uzun ömür versin. Bütün Azərbaycan xalqının qəlbi Sizinlə döyünür, Sizinlə sonsuz qürurlanır.
Bir arzum var, doğma Ağdamımda - öz evimdə Sizi qonaq görüm.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Quliyeva Səmayə Mehdi qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu