Şriftin ölçüsü :

Saytın rəngi :

Narınc Rüstəmovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 noyabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan! Bu gün Azərbaycan özünün şanlı zəfər tarixini yaşayır. Sizin rəhbərliyinizlə Müzəffər Ordumuz 44 gün davam edən müharibədə 30 il ərzində düşmənin möhkəmləndiyi torpaqlarımızı işğaldan azad etdi. Bu gün üçrəngli bayrağımız Şuşada, illərdir həsrət qaldığımız torpaqlarımızda dalğalanır, ürəyi Qarabağla döyünən Azərbaycanın üzü gülür. Sizin diplomatik bacarığınızın, uzaqgörən siyasətinizin nəticəsidir ki, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycan xalqı zəfər bayramını qeyd edir. Sizin rəhbərliyiniz ilə başladılan özünümüdafiə əməliyyatımız balalarımızın qəlbində silinməz bir vətənpərvərlik duyğusu oyatdı. Gələcəyin şanlı əsgərləri indidən o kiçik əllərinə bayrağımızı alıb, himnimizi qürurla səsləndirirlər. Sizi örnək götürüb hər kəlimənizi dil əzbəri etdilər. II Qarabağ müharibəsi ilə sadəcə torpaqlarımızı geri qaytarmadıq. Milli ruhumuz dirçəldi, biz milli mənsubiyyətimizi dərk etdik, yumruq olub birləşəndə nə qədər güclü, yenilməz olduğumuzu dünyaya sübut etdik. Milli birliyimiz və həmrəyliyimiz qələbəmizin əsasına çevrildi. Hər bir azərbaycanlı 30 ildir işğal altında qalan torpaqlarımızı bu gün azad görmənin sevincini, qürurunu yaşayır. Milli qürur hissini bizə bəxş etdiyiniz üçün Sizə təşəkkür edirik. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralananlara Allahdan şəfa diləyirik. Cənab Prezidentimiz, Sizinlə, Müzəffər Ordumuzla fəxr edirik. Hörmətlə, Narınc Psixologiya Mərkəzinin kollektivi adından mərkəzin təsisçi rəhbəri Narınc Rüstəmova.
 
Hörmətlə,
 
Rüstəmova Narınc Məsud qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər