Şriftin ölçüsü :

Saytın rəngi :

Fəzail Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 26 noyabr 2020-ci il

 
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan! Bu günlərdə hər bir azərbaycanlı sevinc içərisindədir. Bu sevinci bizə Siz bəxş etdiniz. Sizin qətiyyətiniz, iradəniz və Azərbaycan Ordusunun şücaəti sayəsində Qarabağ müharibəsini qalib kimi başa çatdırdıq. Bütün təzyiqlərə baxmayaraq, hərbi və siyasi sahədə uğurlarınızın nəticəsində xalqa verdiyiniz sözü yerinə yetirdiniz. Ermənistanı torpaqlarımızı qaytarmağa məcbur edərək yeni tarix yazdınız. Bu Qələbənin qazanılmasında xalq-prezident birliyinin böyük rolu olduğunu düşünürəm. Ağdam sakini olaraq 30 ilə yaxındır həsrət qaldığımız torpaqlara qovuşa bildiyimiz üçün, ağdamlılar adından Sizə hədsiz minnətdarlığımızı bildirirəm. Sizin rəhbərliyinizlə qısa zamanda doğma Qarabağımızın yenidən dirçələcəyinə əminik. Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Məmmədov Fəzail Salman oğlu
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər