Şriftin ölçüsü :

Saytın rəngi :

Nahidə Nərimanovadan, Bakı şəhəri Binəqədi rayonu, 26 noyabr 2020-ci il

 
Salam, hörmətli cənab Prezident
 
Mən Füzuli rayonundanam. Şükürlər olsun ki, Sizin Ali Baş Komandanlığınızla və əsgərlərimizin böyük şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin, onların haqqını ödəyə bilmərik. Siz hər zaman şəhid ailələrinin yanındasınız. Sizə minnətdarlığımı bildirirəm. Doğma rayonumuza getməyi səbirsizliklə gözləyirəm.
 
Hörmətlə,
 
Nərimanova Nahidə Aydın qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər