Şriftin ölçüsü :

Saytın rəngi :

Xanməmməd İbrahimovdan, Bakı şəhəri Binəqədi rayonu, 28 noyabr 2020-ci il

 
Hörmətli cənab Prezident!
 
Sizə qarşı əlbir olmuş düşmən qüvvələrinin başınızın üzərindən asmaq istədiyi Damokl qılıncından qorxmayaraq, Siz dünyanın siyasi hərb meydanında zəka qılıncınızla təkbaşına vuruşaraq qalib gəldiniz. Bu savaş, bu döyüş, bu hünər xalqın gözü qarşısında baş verdi. Hamını yerinə oturtdunuz, bu real və danılmazdır.
Bu döyüş dünya məkanında, BMT-də müzakirə olundu, yenə də Siz qalib gəldiniz. Pozulmuş dünya qanunlarını bərpa edib, işə saldınız. Dünyaya nəyə qadir olduğunuzu istər siyasi, istər hüquqi cəhətdən göstərdiniz, Müzəffər Ali Baş Komandan kimi hərb meydanında daşı daş üstə qoymayan bu vəhşiləri başa saldınız. Siz dünya, Ordumuz isə Vətən müharibəsi apardı və qalib oldunuz.
 
Biz tarixçilərin vəzifəsi o olmalıdır ki, Sizin dünyaya bəyan etdiyiniz həqiqəti əsərlər yazmaqla, Vətən üçün, Ordu üçün qurucu, düşmən üçün qırıcı bir Prezident kimi fəaliyyətinizi dünya tarixində əbədiləşdirək. Bu tarixi Qələbəmizlə bütün xalqımıza yeni ruh, yeni həyat verdiniz. Eşq olsun bu dahiliyinizə! Ulu Öndərin yetirməsi belə olmalıdır!
 
Hörmətlə,
 
İbrahimov Xanməmməd Mahmud oğlu,
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər