Şriftin ölçüsü :

Saytın rəngi :

Arzuman Alıyevdən, Bakı şəhəri Binəqədi rayonu, 01 dekabr 2020-ci il

 
Müzəffər Ali Baş Komandan
 
Kəlbəcər rayonundan məcburi köçkün, Birinci Qarabağ müharibəsində erməni faşistlərinə qarşı döyüşmüş biri kimi öz adımdan və bütün məcburi köçkünlər adından Sizə, generallarımıza, döyüşən qəhrəman hərbçilərimizə Allahdan cansağlığı arzulayırıq. Uca Yaradan Sizi qorusun, Sizə kömək olsun!
 
Mən 1990-cı ildən Kəlbəcərdə gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. müharibənin nə olduğunu çox gözəl bilirəm. Sizin erməni faşistlərə qarşı apardığınız siyasət və igidlik, qəhrəmanlıq bütün dünyaya səs saldı.
 
Çox hörmətli və sevimli Prezidentimiz, bizim 27 il gözlədiyimiz girovluqda qalan torpaqların alınmasından əlavə girov düşmüş qadın və körpələrin də qisasını aldınız. Ona görə Azərbaycan xalqı Sizə ömür boyu minnətdardır.
 
Müzəffər Ali Baş Komandan, Siz Azərbaycan xalqını qaranlıq dünyadan işıqlı həyata qaytarmısınız, biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, Sizin kimi dünya şöhrətli Prezidentimiz var.
 
Qarabağ bizimdir!
 
Var olsun Azərbaycan! Yaşasın Prezidentimiz və qəhrəman Ordumuz!
 
İki dövlət bir millətdir,
 
Türkiyəylə Azərbaycan.
 
Bir kökün qan qardaşıdır
 
İlham ilə can Ərdoğan.
 
Yumruğuna heyranam mən,
 
Sözü ötkün Komandanım.
 
Yeni tarix yazırsan sən,
 
Heydər oğlu can İlhamım
 
Bütün dünya mat qalıbdır,
 
Məğlubolmaz əsgərinə.
 
İzn verin, yetmiş yaşda
 
Gedim döyüş səngərinə.
 
Tapdanmaz bir gül, çiçəkdir,
 
Vətənimin hər bir yeri.
 
Neçə ildir görmürəm mən
 
Yuxularda Kəlbəcəri.
 
Saf ürəkli Komandanım,
 
Yaxındadı Qələbəmiz.
 
Ceyranbulaq, Dəlidağa,
 
Kəlbəcərə gələrsiniz.
 
Hörmətlə,
 
Arzuman Alıyev
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi
Keçidlər