Şriftin ölçüsü :

Saytın rəngi :

Kamil Dünyamalıyevdən, Bakı şəhəri Binəqədi rayonu, 03 dekabr 2020-ci il

 
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
 
Sizin rəhbərliyiniz altında müzəffər Ordumuz həsrətində olduğumuz Qarabağımızı azad etdi.
 
Sizə nə qədər minnətdar olsaq yenə azdır. Azərbaycan xalqı çətin günlərdə bir olmağı bacarıb və bunu 27 sentyabr tarixində bir daha sübut etdi. Hamı bir nəfər kimi Sizin ətrafınızda birləşdi və bu birlik düşməni diz üstə çökdürdü.
 
İtirilmiş torpaqlarımızı özümüzə qaytaran Sərkərdə kimi bütün dünyaya Azərbaycan xalqının necə məğrur, cəsarətli və iradəli xalq olduğunu göstərdiniz. Bütün müsahibələrinizdə Sizə verilən suallara dəqiq və tutarlı cavab verməklə düşmənlərimizə və qələbələrimizi həzm edə bilməyənlərə layiqli cavab verdiniz.
 
Çıxışlarınızda hər zaman şəhidlərimizi ehtiramla yad edir, onların daim qəlblərimizdə yaşayacağını qeyd edirsiniz. Körpülərimizə, keçidlərə şəhidlərimizin adlarının verilməsi həm xalqımızın ürəyincə olar, həm də onlar barədə gələcək nəsillərə məlumat verər.
 
Sizə bir ömür boyu minnətdarıq, cənab Prezident.
 
Dərin hörmət və ehtiramla.
 
Dünyamalıyev Kamil Əziz oğlu,
 
Zəngilan rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər