Şriftin ölçüsü :

Saytın rəngi :

Zivər Abbasovadan, Bakı şəhəri Binəqədi rayonu, 04 dekabr 2020-ci il

 
Əziz Prezident, Müzəffər Ali Baş Komandan
 
Böyük Qələbəmizin ilk günlərindən başlayaraq Sizə ünvanlanan məktubların hamısında mənim də ürəyimdən keçənlər ifadə olunurdu. Bu gün mən də Sizə şəxsən müraciət edərək ürək sözlərimi çatdırmaq istədim. Müqəddəs yurd yerlərimiz düşməndən azad olunaraq öz həqiqi sahiblərinə qovuşduqca keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir.
 
Övladlarım atasını itirəndən bəri bizim evimizdə sevinc hissi yaşanmırdı. Lakin Sizin müdrik siyasətiniz və böyük sərkərdələrə məxsus şücaətiniz sayəsində Azərbaycan əsgəri qələbə dastanı yazdıqca ailəmizə sevinc və xoşbəxtlik hissləri yenidən qayıtdı. Mən Qələbə sevinci ilə bütün kədəri unudaraq sevincimdən, çoxdandır unutduğum mahnıları zümzümə etməyə başladıqca kiçik qızım sevincindən boynuma sarılırdı.
 
Onun gözündəki işığı, fərəhi Siz qaytardınız. Nəhayət, qəhrəman Azərbaycan Ordusu Laçına daxil oldu. İnanırıq ki, bu torpaqlar Siz dediyiniz kimi xalqımızın birliyi və hünəri ilə yenidən cənnət məkana çevriləcək. Bizi möcüzələrə inandırdığınız üçün, xəyallarımızı gerçəyə çevirdiyiniz üçün, ölmədən öncə ən müqəddəs arzumuza çatdırdığınız üçün Sizə sonsüz minnətdaram. Bu yolda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa arzu edərək, yaşlı valıdeynlərim və övladlarım adından da Sizi böyük Qələbə münasibəti ilə təbrik edir, böyük və şərəfli işinizdə uğurlar arzu edirəm.
 
Xalqımızın tarixinə yazılan şanlı səhifənin müəllifi mənim Prezidentimdir!
 
Var olasınız!
 
Hörmətlə,
 
Zivər Abbasova
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər