Akif Rəfiyevdən, Bakı şəhəri Binəqədi rayonu, 04 dekabr 2020-ci il
Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
30 ildən artıqdır ki, Ermənistan və Azərbaycan Respublikaları arasında gedən müharibə və münaqişənin 44 gündə başa çatması şəxsən Sizin ekstremal şəraitdə orduya düzgün, sərrast və taktiki rəhbərliyiniz sayəsində şanlı ordumuz, Azərbaycanımızın ərazisini tam bərpa etdi. Düşmən ərazilərimizdən məğlub şəkildə qovuldu. Nəticədə Ermənistan məğlub olmasını dünya qarşısında etiraf etməyə məcbur qaldı. Siz bu böyük qələbəyə tükənməz enerji və cəsarətiniz sayəsində, yaxın silahdaşınız, Birinci vitse-Prezident Mehriban xanımla birlikdə nail oldunuz. Cənab Prezident, bununla Siz Azərbaycanın ən yeni tarixini qızıl hərflərlə yazan yeganə və əvəzsiz tarixi şəxsiyyət oldunuz. Məhz Ali Baş Komandan kimi bacarığınız, cəsarətiniz, böyük siyasətiniz və xalqımızla sıx birliyiniz Vətənimizə qəti qələbə qazandırdı. Sizin simanızda Azərbaycan dünyanın böyük dövlətləri sırasında öz yerini bir daha möhkəm tutdu. Xalqımız Sizinlə fəxr edir. Bu gün fəxrlə deyə bilərəm ki, biz qalib millətik. Tam qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Eşq olsun Sizə!
Sizə dərin hörmət və ehtiramla,
Akif Rəfiyev,
Binəqədi rayonunun Ağsaqqallar Şurasının Sədri,
Qarabağ müharibə veteranı, Ədliyyə general mayoru
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu