Şriftin ölçüsü :

Saytın rəngi :

Tərlan Allahverdiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 05 dekabr 2020-ci il

 
Salam cənab Prezident!
 
Bu məktubu Sizə yazan 11-ci sinif şagirdidir. Laçından olan, amma orada böyüməyən, oranın havasını duymayan, Həkərinin suyundan içməyən bir laçınlı. Mən bu məktub vasitəsilə Sizə şəxsən öz dərin minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm. Sizin və müzəffər Ordumuzun sayəsində, şəhidlərimizin qanı bahasına artıq çətin günlər, Qarabağsız günlər geridə qaldı. Sizin apardığınız mahir siyasət nəticəsində minlərlə insan öz doğma yurduna qayıdacaq. Mən isə doğma Laçınıma dönəcəyəm. Heç görmədiyim evimə gedəcəyəm və Qarabağın hər qarış torpağını addım-addım gəzəcəyəm. Mən Sizi özümə ideal bilirəm. Ən böyük arzumu Siz yerinə yetirdiniz. Bundan sonrakı arzum müəllim olmaq və Qarabağda savadlı şagirdlər yetişdirməkdir.
 
Hər şey üçün Sizə təşəkkürümü bildirirəm. Siz Qarabağın xilaskarısınız, Ali Baş Komandan. Daim var olun!
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
Allahverdiyeva Tərlan Elçin qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Keçidlər