Şriftin ölçüsü :

Saytın rəngi :

Zemfira Sadıqova və Tofiq Sadıqovdan, Bakı şəhəri Binəqədi rayonu, 08 dekabr 2020-ci il

 
Çox hörmətli Prezident, əziz balam,
 
Allah-Təala Sizi dünya durduqca yaşatsın! Atanız Heydər Əliyevin yerində həmişə yurdçu olasınız. Siz Qarabağımızı, Şuşamızı, Ağdamımızı aldınız. Hörmətli İlham Əliyev, Ağdam məscidində dizin-dizin sürünüb Sizə, balalarınıza həmişə dua edəcəyəm.
 
Allah Sizi Azərbaycan xalqının başının üstündən əskik etməsin. Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Allah Sizi və Mehriban xanımımızı qorusun!
 
Hörmətlə,
 
Sadıqova Zemfira
Sadıqov Tofiq
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər