Şriftin ölçüsü :

Saytın rəngi :

Gülnarə Qurbanovadan, Bakı şəhəri Binəqədi rayonu, 10 dekabr 2020-ci il

 
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan!
 
Sizi və ailənizi Qələbə münasibətilə təbrik edirəm. Allah Sizi qorusun nə yaxşı ki, mən Azərbaycanlıyam və Siz bizim Prezidentimizsiniz.
 
1992-ci il mayın 8-də Şuşa şəhəri işğal olunanda nəzir demişdim ki, torpaqlarımız geri alınsın, Şuşa məscidinə olan nəzirimi verim. 28 il saxladığım bu parçanı axır ki, aparıb oraya salmağa imkan yaransın. Şükürlər olsun ki, dualarım qəbul olundu. Göydə Allah, yerdə Sizin sayənizdə istəyimə nail oldum.
 
Millətimə, torpağıma qurban olum.
 
Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz!
 
Sizinlə fəxr edirik!
 
Hörmətlə,
 
Qurbanova Gülnarə Fəxrəddin qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər