Şriftin ölçüsü :

Saytın rəngi :

Vasif İsrafilovdan, Bakı şəhəri Binəqədi rayonu, 11 dekabr 2020-ci il

 
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
 
Sizin Komandanlığınızla müzəffər Ordumuzun şücaəti sayəsində 30 il düşmən əsarətində qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Siz bizim üçün başımızı uca, çiyinlərimizi dik tutmağa zəmin yaratdınız. Azərbaycanın əzəli torpaqlarının işğalçılardan təmizlənməsi Sizin dövlətə və dövlətçiliyə olan ehtiramınızın, müdrik siyasətinizin, möhkəm və yenilməz iradənizin nəticəsidir. Müzəffər Ali Baş Komandan, Siz Azərbaycan xalqını qaranlıq dünyadan işıqlı həyata qaytarmısınız, biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, Sizin kimi dünya şöhrətli Prezidentimiz var. Mən, uzun müddət məhkəmə orqanlarında işləyən, hazırda vəkil kimi fəaliyyət göstərən bir praktik hüquqşünas kimi Sizin tək döyüşdə yox, döyüşün nəticəsinin uğurlu olması üçün hal hazıra kimi istər ölkə daxili düşmənlərlə, istərsə də beynəlxalq arenada nə cür çətinliklərə sinə gərdiyinizi yaxşı başa düşürəm və əminəm ki, Sizdən başqa bu qələbə sevincini çətin ki, başqa kimsə xalqımıza yaşada bilərdi. Biz ailəliklə həmişə ulu öndər Heydər Əliyevin və ondan sonra Sizin Azərbaycan xalqı üçün əvəzolunmaz və ədalətli Lider olmanıza əmin olmuşuq, Gördüyünüz işlərə görə Sizinlə qürur duymuşuq, Sizə inanmışıq. Siz bütün dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Bu uğurlu siyasətinizin nəticəsidir ki, işğal olunmuş ərazilərimizin qalan hissələri bir güllə atılmadan belə geri qaytarıldı. Uca Yaradan Sizi, Ordumuzu, dövlətimizi, xalqımızı qorusun!
 
Hörmətlə,
 
İsrafilov Vasif İmaməddin oğlu.
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər