Şriftin ölçüsü :

Saytın rəngi :

Etibar Əliyevdən, Bakı şəhəri Binəqədi rayonu, 16 dekabr 2020-ci il

 
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, yeni tarix yazan sərkərdə
 
Sizin uzun illərdir Ulu Öndərimizin layiqli davamçısı olaraq məqsədyönlü şəkildə xalqımızın rifahı naminə yorulmadan apardığınız uzaqgörən daxili və xarici siyasətinizin bəhrəsini həmişə görmüşük. Biz Sizin öz xalqını sevən bir Lider olduğunuza daim inanmışıq.
 
İllərdir həsrətində olduğumuz, Azərbaycanın ayrılmaz hissəsi olan canımız Qarabağımız Sizin komandanlığınız və şanlı Ordumuzun şücaəti ilə 44 günlük döyüşlər nəticəsində işğaldan azad edildi.
 
Cənab Prezident, Kəlbəcər sakini, bir azərbaycanlı kimi bu Qələbəni millətimizə yaşadan Ali Baş Komandan olaraq Sizə və şanlı Ordumuza, şəhidlərimizə minnətdarıq. Hər bir azərbaycanlı Sizin apardığınız siyasətə daim dəstək olmalı və respublikamızın xoş gələcəyi naminə hər kəs öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.
 
Azərbaycanın apardığı bu haqq işində bizə mənəvi dəstək olan Türkiyə Prezidenti başda olmaqla, bütün türk millətinə də minnətdarlıq edirik. Arzu edirəm ki, Sizinlə təbiətin cənnət guşəsi olan doğma Kəlbəcərimizdə görüşüb canlı olaraq Sizə minnətdarlığımı bildirim. Allaha şükürlər olsun ki, Azərbaycan xalqının dünya şöhrətli, unudulmaz şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndəri olub və onun layiqli davamçısı olan, bu gün Qələbə sevincini bizlərə bəxş edən İlham Əliyev kimi Ali Baş Komandanı var. Allah Sizə və ailənizə cansağlığı versin. Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm.
 
Dərin hörmətlə,
 
Əliyev Etibar Qaraş oğlu, Kəlbəcər rayonundan məcburi köçkün
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər