Şriftin ölçüsü :

Saytın rəngi :

Ayaz Hüseynovdan, Bakı şəhəri Binəqədi rayonu, 16 dekabr 2020-ci il

 
Zati-aliləri, hörmətli cənab Prezident
 
Bizi doğma vətənimiz Qarabağa qovuşdurduğunuza görə Hemofiliyalı Xəstələr İctimai Birliyinin üzvləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Biz fəxr edirik ki, Sizin kimi nümunəvi, şanlı tarix yazan Prezidentimiz var.
 
Cənab Prezident, biz də öz növbəmizdə 2020-ci il iyul ayında növbəti erməni təxribatı zamanı Qazax, Ağstafa, Tovuz və digər cəbhə bölgələrində yaşayan, laxtalanma pozğunluğundan əziyyət çəkən ağır pasiyentlərə dərman preparatlarının çatdırılmasında dəstək olduq. Bundan başqa, Vətən müharibəsi zamanı bir daha özümüzə borc bildik ki, səhiyyəmizə dəstək olaq və Qarabağ bölgəsində, Füzuli rayonunda yaşayan laxtalanma pozğunluğundan əziyyət çəkən ağır pasientlərə həyati əhəmiyyətli dərman preparatları çatdırdıq.
 
Məqsədimiz, müharibə dönəmində ağır xəstələri fəsadsız və itkisiz qoruyub saxlayaraq səhiyyəmizə, ümumilikdə dövlətimizə dəstək olmaqdır.
 
Bütün bunlarla yanaşı, arxa cəbhədə informasiya müharibəsində də fəal iştirak edərək bağlı beynəlxalq təşkilatlara mövcud durumla müraciətlər göndərilmiş, sosial şəbəkələrdə Azərbaycan həqiqətlərini və düşmən təxribatlarının dünyaya çatdırılmasına kömək etmişik.
 
Cənab Prezident, ilk gündən etibarən hər zaman Sizinləyik, Sizi dəstəkləyirik. Bundan sonra da Sizə və dövlətimizə dəstək olacağıq. Hər zaman var olun!
 
Hörmətlə,
 
Hüseynov Ayaz, Hemofiliya Xəstələr ictimai Birliyinin sədri
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər