Vüqar Məmmədovdan, Bakı şəhəri Binəqədi rayonu, 25 dekabr 2020-ci il
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Vətən Müharibəsində göstərdiyiniz qətiyyətə və xalqın ürəyindən keçənləri nəzərə alıb tapşırıqlar və əmrlər verdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk.
Siz Vətən müharibəsində şücaət göstərənlərə öz layiqli adlarını verirsiniz. Biz isə xalqın Sizə verdiyi Azərbaycanın “İlk Milli Qəhrəman Prezidenti” adını qəbul etməyinizi xahiş edirik.
Siz ən böyük adlara layiqsiniz. Ona görə ki, dünya miqyasında bizi Qalib ölkə kimi tanıtdınız.
Allah Sizi Qorusun!
Hörmətlə,
Məmmədov Vüqar Cabbar oğlu,
Laçın rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu