Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıl Zəngilanlıdan, Bakı şəhəri Binəqədi rayonu, 17 mart 2021-ci il

 
Müzəffər Ali Baş Komandan!
 
Mən Azərbaycan xalqının bir yazar nümayəndəsi kimi ürəkdən gələn ən səmimi sözlərimi, salamımı və minnətdarlığımı bu qısa məktubla çatdırmağı özümə borc bildim.
 
Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirərək 44 günə Azərbaycan xalqının üstündən bu qara ləkəni götürməyi bacardınız. Siz 30 ilin yox, hətta 100 ilin istehkamını dəmir yumruğunuzla əzməyə nail oldunuz.
 
Müzəffər Ali Baş Komandan, Siz nəinki döyüş bölgəsində düşmənləri məhv etdiniz, informasiya meydanında da qalib gəldiniz. Həm döyüşlər gedən vaxt, həm də bu il fevralın 26-da informasiya döyüşündə hərəni öz dilində susdurmağı və Azərbaycanın haqq yolunda olduğunu sübuta yetirməyi bacardınız. Ordumuzla, xalqımızla birlikdə bu qara dumanı xalqın üstündən götürdünüz. Ona görə də hamımız bir ağızdan deyə bilərik ki, indi Azərbaycanda məcburi köçkün yoxdur. Çox şükür edirəm. Mən də bir yazar kimi, 80 yaşın içində olmağıma baxmayaraq, deyərdim qələmi süngüyə çevirdim. 44 günlük döyüşü izləməklə özümü səngərdə döyüş bölgəsində hiss edirdim. Yazdığım kiçik kitabı müharibədə qazandığımız Zəfərə, Ali Baş Komandan başda olmaqla bütün igid oğulların, şəhidlərin, qazilərin şərəfinə həsr etmişəm.
 
Cənab Prezident, çox sağ olun, Sizə təşəkkür edirəm. Güc birlikdədir. Birliyimiz var olsun.
 
Qarabağ Azərbaycandır!
 
Hörmətlə,
 
İsmayılov İsmayıl Əlabbas oğlu (İsmayıl Zəngilanlı),
 
Azərbaycan Dövlət İqtisad Universitetinin 1 saylı yataqxanasında məskunlaşmış Zəngilan rayon sakini,
 
Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər