Şriftin ölçüsü :

Saytın rəngi :

Kəmalə Əmirzadədən, Bakı şəhəri Binəqədi rayonu, 16 aprel 2021-ci il

 
Hörmətli cənab Prezident
 
Sizin 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi İli” elan etməniz ədəbiyyatımıza və mədəni irsimizə yüksək diqqət göstərmənizin əyani təsdiqidir. Bu addımınız təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. Nizami Gəncəvi irsini geniş təbliğ etməklə bir daha Azərbaycanın zəngin mədəniyyətini dünya ictimaiyyətinə nümayiş etdirəcəyik.
 
Cənab Prezident, belə bir qərara görə ölkəmizin bütün təhsil işçiləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.
 
Hörmətlə,
 
Kəmalə Əmirzadə
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər