Şriftin ölçüsü :

Saytın rəngi :

Gülnur Rəfiyevadan, Bakı şəhəri Binəqədi rayonu, 20 aprel 2021-ci il

 
Əziz və hörmətli Prezidentimiz
 
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etdiyinizə görə təhsil işçisi kimi Sizə minnətdarlığımı bildirirəm. Bu, Sizin milli-mənəvi dəyərlərimizə nə qədər böyük önəm verməyinizin daha bir parlaq nümunəsidir.
 
Cənab Prezident, Sizin bu təşəbbüsünüz, həmçinin klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına göstərdiyiniz xüsusi diqqətin əyani ifadəsidir. “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlər dahi şairin irsinin öyrənilməsi və təbliği, dünya ictimaiyyətinə tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.
 
Möhtərəm cənab Prezident, təhsil işçiləri adından Sizə bir daha minnətdarlıq edirəm.
 
Hörmətlə,
 
Rəfiyeva Gülnur Yaqub qızı
 
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
Keçidlər