Şriftin ölçüsü :

Saytın rəngi :

Arxiv

Aparılan təmir işləri ilə əlaqədar 23 dekabr 2016-cı il tarixdə saat 09:30-dan iş bitənədək 6, 7, 8, 9-cu mikrorayonlarda, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində, Dərnəgül yaşayış massivinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 28 noyabr 2016-cı il tarixdə saat 10:30-dan iş bitənədək Xocəsən qəsəbəsində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 25 noyabr 2016-cı il tarixdə saat 09:30-dan iş bitənədək Çiçək və Sulutəpə yaşayış sahələrinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 22 noyabr 2016-cı il tarixdə saat 09:30-dan iş bitənədək Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 18 noyabr 2016-cı il tarixdə saat 09:30-dan iş bitənədək Binəqədi və Biləcəri qəsəbələrinin, 7, 8-ci mikrorayonların və Dərnəgül yaşayış sahəsinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 14 noyabr 2016-cı il tarixdə saat 10:30-dan iş bitənədək 9-cu mikrorayon ərazisində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 4 noyabr 2016-cı il tarixdə saat 10:00-dan iş bitənədək 7 və 8-ci mikrorayonların, Rəsulzadə qəsəbəsinin və Xutor yaşayış sahəsinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 31 oktyabr 2016-cı il tarixdə saat 10:00-dan iş bitənədək Binəqədi, Rəsulzadə və Biləcəri qəsəbələrinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 27 oktyabr 2016-cı il tarixdə saat 10:00-dan iş bitənədək 6, 7, 8 və 9-cu mikrorayonlar, Motodrom ərazisi, Rəsulzadə və Biləcəri qəsəbələrinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar ASAN xidməti 10.10.2016-19.10.2016-cı il tarixlərində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 37 “A” (Bələdiyyənin qarşısı) ünvanında vətəndaşların xidmətində olacaq.
***
Aparılan təmir işləri ilə əlaqədar 7 oktyabr 2016-cı il tarixdə saat 09:00-dan 18:00-dək  Binəqədi, Rəsulzadə, Biləcəri, Xocəsən qəsəbələrinin və Çiçək və Sulutəpə yaşayış massivlərinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 29 sentyabr 2016-cı il tarixdə saat 10:00-dan 18:00-dək  Binəqədi, Biləcəri və Rəsulzadə qəsəbələrinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
***
Aparılan təmir işləri ilə əlaqədar 20 sentyabr 2016-cı il tarixdə saat 11:00-dan təmir işləri bitənədək Sulutəpə və Çiçək yaşayış massivlərində və Xocəsən qəsəbəsində qaz təchizatı dayandırılacaq.
***
Aparılan təmir işləri ilə əlaqədar 9 sentyabr 2016-cı il tarixdə saat 10:00-dan təmir işləri bitənədək 7-ci mikrorayon ərazisinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
***
7 sentyabr 2016-cı il tarixdə aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan təmir işləri bitənədək Biləcəri, Binəqədi və Rəsulzadə qəsəbələrinin bir hissəsində, Vulkan ərazisində, 7 və 8-ci mikrorayonlarda qaz təchizatı dayandırılacaq, Mədən, Binəqədi kənd, Dərnəgül yaşayış massivi və 9-cu mikrorayonda qaz təchizatı zəifləyəcək. 
***
6 sentyabr 2016-cı il tarixdə aparılan təmir işləri ilə əlaqədar saat 9:00-dan təmir işləri bitənədək 6, 7, 8, 9-cu mikrorayonların, Motodrom və Dərnəgül yaşayış massivlərinin, Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılacaq, Binəqədi və Biləcəri qəsəbələrində, Mədən ərazilərində qaz təchizatı zəifləyəcək. 
***
31 avqust 2016-cı il tarixdə aparılan təmir işləri ilə əlaqədar saat 9:00-dan təmir işləri bitənədək Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsində və Vulkan adlı ərazidə qaz təchizatı dayandırılacaq, Mədən, Binəqədi kənd ərazisində, Rəsulzadə qəsəbəsində, Dərnəgül yaşayış massivində, 7, 8, 9-cu mikrorayonlarda qaz təchizatı zəifləyəcək. 
***
19 avqust 2016-cı il tarixdə aparılan təmir işləri ilə əlaqədar saat 9:00-dan təmir işləri bitənədək Çiçək yaşayış massivində, Binəqədi qəsəbəsi və Mədən ərazisində qaz təchizatı dayandırılacaq, Biləcəri, Binəqədi və Rəsulzadə qəsəbələrində qaz təchizatı zəifləyəcək.
***
17 avqust 2016-cı il tarixdə aparılan təmir işləri ilə əlaqədar saat 09:00-dan təmir işləri bitənədək Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsində,  Sulutəpə yaşayış massivinin bir hissəsində və Vulkan ərazisində qaz təchizatı dayandırılacaq, 6, 7, 8 və 9-cu mikrorayonlarda, Xutor yaşayış sahəsinin, Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatı zəifləyəcək.                                                         
***
Digah QPS-dən gələn Sərdərov qaz xəttində Aparılan təmir işləri ilə əlaqədar Binəqədi, Rəsulzadə və Biləcəri qəsəbələrinin bir hissəsində 05 avqust 2016-cı il tarixində saat 09:00-dan iş qurtaranadək qaz təchizatı dayandırılacaqdır.
***
Xırdalan QPS-də BMSK qaz xəttində Aparılan təmir işləri ilə əlaqədar Binəqədi, Biləcəri qəsəbəsinin və Vulkan ərazisinin bir hissəsində 03 avqust 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılacaqdır.
***
Binəqədi Rayonu, Cəfər Xəndan küçəsində Aparılan təmir işləri ilə əlaqədar Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivinin bir hissəsində 02 avqust 2016-cı il tarixində saat 10:00-dan iş qurtaranadək qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar 6, 7, 8 və 9-cu mikrorayonlarda, Motodrom yaşayış massivində və Rəsulzadə qəsəbəsinin bir hissəsində 29 iyul 2016-cı il tarixində saat 09:00-dan 18:00-dək qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar Binəqədi, Biləcəri, Rəsulzadə və Xocəsən qəsəbələrində  28 iyul 2016-cı il tarixində saat 12:00-dan təmir işləri başa çatanadək qaz təchizatı dayandırılacaqdır.
***
Aparılan təmir işləri ilə əlaqədar Binəqədi kəndi, Binəqədi, Biləcəri və Xocəsən qəsəbələrində  27 iyul 2016-cı il tarixində saat 11:00-dan təmir işləri başa çatanadək qaz təchizatı dayandırılacaqdır.
***
Binəqədi-Biləcəri yolunda baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar 25 iyul 2016-cı il tarixində saat 10:30-dan təmir işləri başa çatanadək Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
20 iyul 2016-cı il tarixində saat 10:00-dan 18:00-dək aparılan təmir işləri ilə əlaqədar DSK yolunun, Biləcəri, Binəqədi və Rəsulzadə qəsəbələrinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. Qəza aradan qaldırılana qədər Bakı şəhərinin bəzi rayonlarında, o cümlədən Binəqədi rayonunda 24 saat fasiləsiz su alan bəzi ərazilərində məhdudiyyətlər tətbiq olunacaq və abonentlərin su təchizatı fasiləli (qrafik) rejimə keçiriləcəkdir.
***
15 iyul 2016-cı il tarixində Sulutəpə QSP-də və “Çiçək” ölçü qovşağından qaz xətti üzərində aparılan təmir işləri ilə əlaqədar saat 9:00-dan 18:00-dək Xocəsən qəsəbəsi, Sulutəpə və Çiçək massivlərində qaz təchizatı dayandırılacaqdır.
***
13 iyul 2016-cı il tarixində saat 9:00-dan 18:00-dək Alatava QSP-dən təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması ilə bağlı 6, 7, 8 və 9-cu mikrorayonlarda,  Motodrom yaşayış massivində və Rəsulzadə qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılacaqdır.
***
8 iyul 2016-cı il tarixində saat 10:00-dan 18:00-dək Sulutəpə qəsəbəsində qaz xətti üzərində aparılan təmir işləri ilə əlaqədar “Çiçək” ölçü qovşağında qaz təchizatı dayandırılacaqdır.
***
24 iyun 2016-cı il tarixində saat 10:00-dan 17:00-dək Sulutəpə və Xocəsən qaz xətlərində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaqdır.
***
22 iyun 2016-cı il tarixində saat 10:00-dan 18:00-dək Dərnəgül, 7 və 8-ci mikrorayonlarda qaz sızmasının aradan qaldırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaqdır.
***
Əziz sakinlərimiz və səhifə izləyicilərimiz! Çox yaxın zamanda “Birgə Yaradaq” layihəsinə start veriləcək! Sosial layihə olan “Birgə Yaradaq” layihəsi hər bir sakinin yanında olacaq, rayonumuzda bütün sahələri əhatə edəcəkdir. Hal-hazırda  bu layihənin rayon ərazisində yerləşən müəsissələrdə son müzakirəsi keçirilir. Əgər sizin də hər hansı sahə ilə bağlı maraqlı təklifləriniz və ideyalarınız varsa bizə yaza bilərsiz.
Gəlin birgə işləyək, quraq və yaradaq!

Binəqədi Gənclərinin II Liderlik Məclisi layihəsinə start verildi

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 3-6 sentyabr 2015-ci il tarixlərində Şəmkir şəhərində Binəqədi Gənclərinin II Liderlik Məclisi layihəsi keçiriləcək. Layihədə iştirak etmək üçün Binəqədi rayonunda yaşayan, qeydiyyatda olan, işləyən, təhsil alan və yaxud rayonun ictimai-siyasi həyatında aktiv şəkildə iştirak etmiş gənclər müraciət edə bilərlər. Bunun üçün aşağıdakı linkə daxil olaraq elektron ərizə formasını dolduraraq müraciət etmək lazımdır:

https://docs.google.com/forms/d/12-bSNMySI8O-G9vJ71-pbqBdlpSRFxMt1C2vlWJGZw8/viewform
Layihədə iştirak etmək istəyən gənclər 27 avqust tarixinə qədər ərizə formasını dolduraraq müraciət ünvanlaya bilərlər. Hər hansı bir sualınız yaranarsa bizimlə aşağıda göstərilən e-mail ünvanı vasitəsi ilə əlaqə qura bilərsiniz:

binegedi.liderlikmeclisi@gmail.com 
Liderlik Məclisində Sizi gözləyir:
• Beynəlxalq sertifikatlı təlimçilər tərəfindən aparılan təlimlər;
• İntellektual oyunlar;
• Əyləncə;
• Yeni dostlar;
• Qiymətli hədiyyələr və s.
Əlaqələndirici şəxs: Əliyeva Rəvanə - (050) 514 88 11

Əlavə məlumat üçün, 562 48 32 (daxili: 545) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Hörmətli sakinlər!

2015-ci ildə Bakı şəhərində keçiriləcək Birinci Avropa Oyunlarının başlanmasına bir il qalır.
Oyunlar ərəfəsində rayonumuzda aparılan abadlıq və quruculuq işlərini daha intensiv davam etdirmək, məhəllələrimizi, küçəmizi, həyətimizi, evimizi daha təmiz və səliqəli saxlamaq məqsədilə Sizi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən elan olunan və iyul ayından icrasına başlanan “Təmiz Binəqədi” layihəsində fəal iştirak etməyə dəvət edirik.  

E L A N

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2015-ci ilin 14 yanvar tarixindən 31 yanvar tarixinə qədər “Təmiz Binəqədi – Təmiz İdeya ” müsabiqəsi elan edilib.

Müsabiqənin məqsədi:
Bakı 2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsindəgörülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.

Müsabiqənin mövzusu:
“Təmiz Binəqədi –Təmiz İdeya”

Müsabiqədə iştirak:
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:
1. Dərc olunmuş yazıların sərlövhələri mövzuya uyğun olmalı
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər
3. Qəzet və yaxud saytda dərc olunmuş yazıda “Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbul qaydaları:
1. Yazı KİV-də yayımlandıqdan sonra müəllif tərəfindən şəxsən Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunmalıdır.
2. Yazının elektron variantı (Times New Roman (12) şriftində CD diskdə) – 1 nüsxə

Qiymətləndirmə meyarları
Müəllif mövzuya istənilən rakursdan yanaşmaqla yaradıcı potensialını nümayiş etdirməli.

Sakinlərin nəzərinə!

27 iyun 2014-cü il tarixdə saat 11:00 radələrində Binəqədi rayonu Heydər Əliyev adına  mədəniyyət və  istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Binəqədi Sahibkarları” İctimai Birliyi rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan müxtəlif təyinatlı məhsulların sərgisini keçirəcəkdir.
Ünvan: Azadlıq prospekti 179, Binəqədi rayonu Heydər Əliyev adına mədəniyyət və  istirahət parkı

Rayon sakinlərinin nəzərinə!


6 iyun 2014-cü il tarixdə Bakı Şəhər Məşğulluq İdarəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcəkdir.
Ünvan: 8 mikrorayon, Bakı Tennis Akademiyası.

Sakinlərin nəzərinə!

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 11 aprel 2014-cü il tarixdə saat 17:00-da “Açıq qapı” vətəndaş forumu keçirilir. Görüşdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri iştirak edəcəkdir. Vətəndaşlar onları narahat edən və maraqlandıran məsələlərlə əlaqədar müraciət edə bilərlər. 
Ünvan: Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 4,  Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası

Sakinlərin nəzərinə!

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 14 mart 2014-cü il tarixdə saat 16:00-da “Açıq qapı” vətəndaş forumu keçirilir. Görüşdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri iştirak edəcəkdir. Vətəndaşlar onları narahat edən və maraqlandıran məsələlərlə əlaqədar müraciət edə bilərlər. 
Ünvan: Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 36,  Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası

ELAN

Binəqədi Rayon İcra Hakimiyyəti 22-26 mart 2014-cü il tarixlərində Novxanı “Af Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzində Binəqədi rayonundan (qeydiyyatı və ya faktiki yaşayış) olan tələbələr üçün “Binəqədi Gənclərinin I Liderlik Məclisi” təşkil edir. Liderlik Məclisində iştirak etmək istəyənlər 10 mart 2014-cü il tarixədək ərizə formasını doldurub binegedi.liderlikmeclisi@gmail.com elektron poçt ünvanına göndərə bilərlər. Ərizə formasını Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsindən yükləyə bilərsiniz (/page/71.html ).
Liderlik Məclisində Sizi gözləyir:

• Beynəlxalq sertifikatlı təlimçilər tərəfindən aparılan təlimlər;
• İntellektual oyunlar;
• Əyləncə;
• Yeni dostlar;
• Qiymətli hədiyyələr və s.
Əlavə məlumat üçün, 562 48 32 (daxili: 545) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Əhalinin nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar rayonun bütün tibb müəssisələrində əhalinin tibbi müayinəsi keçirilir.
Sizi tibbi-profilaktik müayinədən keçməyə dəvət edirik.

Keçidlər