Kəlbəliyev Mirkazım Firuz oğlu
Soyadı: KəlbəliyevAdı: Mirkazım
Ata adıı: Firuz
Doğum tarixi: 05.11.1992
Rütbə: MAHHXHQ əsgər
Kəlbəliyev Mirkazım Firuz oğlu 05.11.1992-ci ildə Bakının köhnə “Sovetski” məhəlləsində anadan olub, qeydiyyatı isə Suraxanı rayoyunda olub. Bakının 172 nömrəli orta məktəbində təhsil alıb.
Uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq olub. Ailəsinin sözlərinə görə hətta hərbiyə qəbul olmaq üçün şəhidimiz qurban nəziri belə deyibmiş; hərbiyə qəbul olandan sonra MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) kimi öz xidmətini davam etdirib. İlk maaşını almadan şəhid olub.
Ailəli idi, iki qız övladı yadigar qalıb.
Şəhidlik ən böyük arzusu olub, ailəsi ilə mütəmadi telefon danışlıqlarında həyat yoldaşına deyirmiş: “Mən şəhid olacağam, amma ağlamayın, məni bayraqda gətirəcəklər, bayrağı sən də, qızlarımız da öpün, təki Vətən sağ olsun!”. Şəhidimiz Tərtər rayonunda xidmət edib, lakin ailəsinə son telefon zəngində bildirib ki,ordumuz düşmənə əks hücüm göstərir və daha da irəli addımlayır. Mirkazım müharibənin ən qızğın döyüşlər getdiyi zaman sentyabr ayının 27-si qəhrəmancasına şəhid olmuşdur. Özünün arzuladığı kimi bayrağa bürünmüş cənazəsi Müşfiqabad qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Şəhidimiz Kəlbəliyev Mirkazım Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.