Şriftin ölçüsü :

Saytın rəngi :

Bəhmənlı Manaf Bəhmən oğlu

Soyad: Bəhmənlı
Ad: Manaf
Ata adı: Bəhmən
Doğum tarixi: 02.01.1998
Şəhid olub: 27.09.2020
Rütbə: əsgər
Təltifləri:
 
 

Bəhmənli Manaf Bəhmən oğlu 2 yanvar 1998-ci ildə Yevlax şəhərində anadan olub. Hələ körpə ikən ailəsi ilə birlikdə Russiya Federasiyaının Moskva şəhərinə köçüb. Manaf 2-ci sinifə qədər orada yaşayıb. Sonra yenidən Yevlax şəhərinə qayıdaraq M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin 2-ci sinif rus bölməsinə qəbul olaraq təhsilinə davam edib. Məktəb illərində çalışqanlığı və ictimai fəallığı ilə daim seçilən Manaf 6-cı sinifdə Bakı Özəl Tükr Liseyinə imtahan verərək qəbul olub, lakin maddi imkansızlıq səbəbi ilə təhsilini liseydə davam etdirə bilməmiş, yenidən əvvəl təhsil aldığı məktəbdə orta təhsilini davam etdirmişdir. 8-ci sinifdə oxuyanda C. Naxçıvanski adına hərbi liseyində oxumaq qərarına gəlir, lakin Manaf 8-ci sinifdə oxuyarkən 2012-ci ilin fevralında atası rəhmətə getdiyi üçün ailəsini yəni, anası və bacısını tək qoymamaq üçün C.Naxçıvanski adına hərbi liseyə getmək fikrindən daşınır və 9-cu sinifdən yay tətillərində işləməyə başlayır. 2015-ci ildə məktəbi müvəffəqiyyətlə bitirərək Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin "Riyaziyyat" ixtisasina qəbul olur. 2016-cı ilin mart ayından Kataliz və Qeyri Üzvi Kimiya institutunda mühafizəçi olaraq işə başlayır. Oxuduğu dövrdə təhsil almaqla yanaşı, həm də işləyirdi. Universitetdə oxuduğu illərdə hər zaman ictimai fəallığı, tərbiyəsi ilə, gülərüzlülüyü və yardımsevərliyi ilə sevilib-seçilir.

2017-ci ildə İslam Həmrəyliyi oyunlarında könüllü fəaliyyət göstərir. Universiteti bitirdikdən sonra 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanır. Xidməti əvvəlcə Gəncə, sonra isə Daşkəsən şəhərində davam etdirir. Manaf Bəhmənli 2020-ci il sentyabrın 27-də düşmən işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan əks hücum əməliyyatı zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Murovdağ zirvəsində qəhrəmancasına döyuşərək sentyabrın 27-də şəhidlik zirvəsinə yüksəlib. Sentyabrin 28-də xalq izdihamı ilə Biləcəri məzarlığında torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, "Hərbi Xidmətə görə"“Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

https://memorial.az/az/qehremanlarimiz/2983

Keçidlər