Şriftin ölçüsü :

Saytın rəngi :

Budaqov Rufiz Şirzad oğlu

Soyad: Budaqov
Ad: Rufiz
Ata adı: Şirzad
Doğum tarixi: 12.06.1977
Şəhid olub: 29.09.2020
Rütbə: Gizir
Təltifləri: “Qarabağ ordeni”, “Vətən uğrunda” "Suqovuşanın azad olunmasına görə" medalları

 

Şəhid Budaqov Rufiz Şirzad oğlu 12 iyul 1977 tarixində Naxcıvan Muxtar Respublikasının Ordubad rayon Tivi kəndində dünyaya göz aşmışdı. Rufiz Budaqov Tivi kəndində yerləşən M.Kərimov adına tam orta məktəbdə təhsil almışdı.

1995-ci ildən Ordubad rayon hərbi hissəsində həqiqi hərbi xidmətə yollanmış və ömrünün digər yarısını Vətənə xidmətlə başa vurmuşdur. Ailəli idi. Günay, Könül, Rəvan adlı 3 övladı var.

Azərbaycan Ordusunun giziri olan Rufiz Budaqov 2020-ci il sentyabrın 27-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə zamanı şəhid olmuş və II Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra “Qarabağ ordeni”, “Vətən uğrunda” "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Binəqədi rayonunda şəhidimizin adına küçə verilmişdir.

memorial.az/az/qehremanlarimiz/381

Keçidlər