Şriftin ölçüsü :

Saytın rəngi :

Qurbanov Davud Tariyel oğlu

Soyad: Qurbanov
Ad: Davud
Ata adı: Tariyel
Doğum tarixi: 15.02.1996
Şəhid olub: 03.10.2020
Rütbə: kiçik çavuş
Təltifləri:

Qurbanov Davud Tariyel oğlu 15.02.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakı şəhər Binəqədi rayonu Rizvan Pirnəzərov adına 299 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbi bitirmiş və Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat Proseslərinin Avtomatlaşdırılması" fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. 2017-2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr təhsili almışdır. "Space" və "Atv" telekanallarında montajçı vəzifəsində çalışmışdır.

01.10.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi müddətdə kiçik çavuş, sonradan çavuş rütbəsinə yüksəlmişdir.

27 sentyabr 2020-ci ildən, yəni 2-ci Vətən müharibəsinin ilk günündən vətənin keşiyində dayanmış və 03.10.2020-ci ildə torpaqların azad olunması uğrunda gedən döyüşlərdə Suqovuşan istiqamətində şəhid olmuşdur.

Davud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda""Suqovuşanın azad olunması uğrunda" medalları ilə təltif olunmuşdur.

memorial.az/az/qehremanlarimiz/1686

Keçidlər