Şriftin ölçüsü :

Saytın rəngi :

Mustafayev Nicat Bəkir oğlu

Soyad: Mustafayev
Ad: Nicat
Ata adı: Bəkir
Doğum tarixi: 08.10.2001
Şəhid olub: 06.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Mustafayev Nicat Bəkir oğlu 2001-ci ilin oktyabr ayının 8-də Bakı şəhərində dünyaya göz açmışdı. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Hamamlı rayonu Qursalı kəndindəndir. O, ailəsiylə birlikdə Binəqədi qəsəbəsi yaşayırdı. 6 yaşında Q. Baxşıyev adına 179 nömrəli tam orta məktəbin 1 –ci sinifinə yollanmış və 9-cu sinifdən təhsilini Azərbaycan Dövlət Dəmir Yolu Liseyində davam etdirmişdi.

Mustafayev Nicat uşaqlıqdan idmanla maraqlanırdı. 7 yaşından fərqli idman növləri ilə, xüsusən güləş ilə məşğul olmuşdu. Çoxlu medal və diplomları var idi. Azərbaycan bayrağını bir çox ölkələrdə dalğalandırmışdı. Ad günündən 2 gün sonra, oktyabrın 10-u həqiqi hərbi xidmətə yollanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin birində həqiqi hərbi xidmətə yollanmış və əsgərlikdə Nicat idmançı olduğuna görə, kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstələrə seçilmişdi. Bir il olardı əsgərliyə getmişdi. Nicat da digər igid qəhrəmanlarımız kimi döyüşə həvəslə, inamla, qəhrəmanlıq hissiylə qoşulmuş və igidcəsinə döyüşmüşdü.

Müharibənin başlamasından 2 gün qabaq sentyabrın 25-i günü anasına zəng edib “Ana, yenə təlimə gedirik. Bu axırıncı təlimimizdi. Burdan sağ-salamat qayıtdıq-qayıtdıq, bir də heç vaxt təlimə getməyəcəyik. Qayıtmasam, haqqınızı halal eləyin. Qayıtsam, gələndə hər şey yaxşı olacaq. Qoymayacağam atamla sən əziyyət çəkəsən, işləyəsən”.

Son dəfə ailəsiylə oktyabrın 3-ü telefonla danışıb. O tarixdən sonra Nicatla əlaqə qura bilməyiblər. Nicat ilk dəfə Murov istiqamətində döyüşüb. Ordan Füzuli, Cəbrayıl istiqamətinə yollanmış və Füzuli istiqamətində döyüşlərdə qarın hissəsindən snayper gülləsiylə vurulmuşdur. Azərbaycanın qəhrəman övladı, Azərbaycan bayrağını idman yarışlarında göylərə ucaldan Nicat indi də özü göylərə ucalmışdır. Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Nicat Bəkir oğlu Mustafayev “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.
 

memorial.az/az/qehremanlarimiz/2392

Keçidlər