Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıyev Toğrul Rüfət oğlu

Soyad: Hacıyev
Ad: Toğrul
Ata adı: Rüfət
Doğum tarixi: 24.12.1996
Şəhid olub: 10.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Toğrul Hacıyev 1996-cı il dekabrın 24-də Bakı şəhərində anadan olub. Əslən Füzuli rayonundan idi. 2003-2014-cü illərdə Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin 313 nömrəli tam orta məкtəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasında baкalavr pilləsində, 2018-2020-ci illərdə isə həmin təhsil müəssisəsində magistr pilləsində ali musiqi təhsil alıb.

Toğrul Hacıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Toğrul Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Hacıyev oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Toğrul Hacıyev ölümündən sonra "Vətən uğrunda" "Füzulinin azad olunmasına görə" medalı medaları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/3150

Keçidlər