Şriftin ölçüsü :

Saytın rəngi :

Quliyev Ramin Rizvan oğlu

Soyad: Quliyev
Ad: Ramin
Ata adı: Rizvan
Doğum tarixi: 07.11.1998
Şəhid olub: 10.10.2020
Rütbə: Leytenant
Təltifləri:

Leytenant Quliyev Ramin Rizvan oğlu Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayırdı. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə təhsil alıb. Vətənə olan sevgisi hərb sahəsini seçməsinə səbəb oldu.

Ramin Quliyev 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2016-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olub. Təhsilini bitirdikdən sonra Ağdama hərbi xidmətə yollanır...

Vətən müharibəsi başlayanda ön sıralarda gedən igid qorxmaz Azərbaycan oğullarından biri də Ramin idi.
Şəhidin atası da birinci Qarabağ döyüşlərinin iştirakçısı olub. Qarabağa olan sevgisi əlbət buradan qaynaqlanır. Ramin Quliyev atasının başladığı işi Zəfər ilə tamamladı.

44 günlük Vətən müharibəsinin qəhrəmanı Şəhid Leytenant Ramin Quliyev Suqovuşanın azad olunmasında qəhrəmancasına döyüşüb. Düşmənin canlı qüvvəsinin, hərbi texnikalarının məhvində və qənimət kimi elə keçirilməsində Raminin də payı var.

Ramin Oktyabrın 10-da qəhrəmancasına şəhid olub.

Göstərdiyi şücaətə görə Dövlət başçısının sərəncamına əsasən Ramin Quliyev "Vətən uğrunda"“Cəsur döyüşçü” medalı ilə təltif edilib.

memorial.az/az/qehremanlarimiz/780

Keçidlər