Şriftin ölçüsü :

Saytın rəngi :

Zeynalov Tural Ruslan oğlu

Soyad: Zeynalov
Ad: Tural
Ata adı: Ruslan
Doğum tarixi: 01.10.1987
Şəhid olub: 16.10.2020
Rütbə: Kapitan
Təltifləri:

Zeynalov Tural Ruslan oğlu 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə V. Əvəzov adına 300 saylı tam orta məktəbdə ilk orta təhsilini almışdı. 2002-ci ildə 9 illik təhsilini bitirərək, həmin ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olmuş və 2010-cu ildə leytenant rütbəsi alaraq təhsilini bitirmişdi. Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində fəaliyyətə başlamış və 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdi.
Azərbaycan Ordusunun kapitanı olan Tural Zeynalov Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olmuş və II Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Tural Zeynalov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

memorial.az/az/qehremanlarimiz/992

Keçidlər